Yunanıstan parlamentində Ermənistanla dostluq qrupu yaradılıb

20-01-2024, 08:08           
Yunanıstan parlamentində Ermənistanla dostluq qrupu yaradılıb
Yunanıstan parlamentində hakim Yeni Demokratiya Partiyası fraksiyasının baş katibi Stavros Kalafatisin sədrliyi ilə Yunanıstan-Ermənistan dostluq qrupu yaradılıb.

Modern.az xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb.

Dostluq qrupunun sədr müavini Zoe Konstantopoulu, “Azadlıq Yolu” Partiyasının rəhbəri, katib isə “Siriza-Tərəqqi Alyansı” partiyasından deputat Katerina Notopouludur.

Yunanıstan-Ermənistan Dostluq Qrupu Yunanıstan Parlamentinin müxtəlif partiyalarından olan deputatların daxil olduğu 20 üzvdən ibarətdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru