Ermənistan Respublikasının yeni Konstitusiyaya ehtiyac var.. - Nikol Paşinyan

20-01-2024, 10:08           
Ermənistan Respublikasının yeni Konstitusiyaya ehtiyac var.. - Nikol Paşinyan
Baş nazir Nikol Paşinyan Ermənistanın yeni Konstitusiyaya ehtiyacı olduğunu bildirib. “Ermənistan Respublikasının Konstitusiya dəyişikliklərinə deyil, yeni Konstitusiyaya ehtiyac var” deyən Paşinyan ölkə gündəminə yeni mövzu gətirib. Nikol Paşinyan parlamentdəki çıxışlarında mövcud Konstitusiya barədə ara-sıra tənqidi fikirlərini bildirib, o qonşu dövlətlərə ərazi iddiasını əks etdirən bəndlərin əsas qanunda varlığının reallığı əks etdirmədiyinə işarə edib. Bu həqiqətdir, Ermənistan müstəqilliyini qazandıqda bu ölkədəki siyasi qüvvələr özgə torpaqlara giz dikərək ərazi iddialarını əsas qanuna salmışdılar. O dövr bitdi. Paşinyan anlayır ki, Konstitusiya dəyişikliyi etmədən Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq çətin olacaq. Radikalların və “Qarabağ klanının” müqavimətindən asılı olmayaraq Paşinyan yeni Konstitusiya qəbul etmək istəyərsə, erməni cəmiyyətinin əksər hissəsi ona dəstəyini ifadə edəcək. Bu həmin ermənilərdir ki, İkinci Qarabağ müharibəsindəki ağır məğlubuyyətə rəğmən, yenə Nikol Paşinyana səs verdilər. Onlar yeni Konstutisiyaya da “yox” deməyəcəklər.
Elxan Şahinoğlu
TEREF: Xocanın Blogu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.