Adamova İrəvanda həddini aşdı - “Bakıda soruşacam ki...”

31-01-2024, 17:39           
Adamova İrəvanda həddini aşdı - “Bakıda soruşacam ki...”
Ermənistanda səfərdə olan Çexiya parlamentinin palata sədri Marketa Pekarova Adamova Azərbaycana yönəlmiş hədsiz açıqlama ilə çıxış edib.

Teleqraf.com xəbər verir ki, çexiyalı erməni jurnalistlərin önündə “Azərbaycanın beynəlxalq ictimaiyyətin təzyiqi ilə danışıqlar masasına qaytarılması” hədyanından danışıb.

“Bakıya səfərim zamanı mütləq bu sualı qaldıracam ki, niyə Ermənistan nümayəndələrinin hörmətlə qarşılayacağı həll yollarını tapmaq istəmirlər? Bizim etməli olduğumuz budur. Əlbəttə, bütün imkanlarımızdan istifadə edərək, danışıqlarda iştirakını davam etdirmək üçün Azərbaycanın bütün nümayəndələrinə belə bir təzyiq göstərəcəyik”, - Adamova deyib.

Palata sədri Ermənistandan sonra Azərbaycana səfər edəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.