ABŞ seçki ilində yen münaqişə ilə üz-üzədir..?

3-02-2024, 18:08           
ABŞ seçki ilində yen münaqişə ilə üz-üzədir..?
...Qeyd edək ki, artıq onilliklərdir ki, ABŞ və İran hər iki tərəfin qəbul etdiyi qaydaya əməl edərək, Yaxın Şərqdə kölgə müharibəsi aparırlar.

Yəni bir-birlərinə “xox” gəlməkdə davam edirlər. Belə ki, bu deyir əgər bizi vursanız, biz də sizə proporsional şəkildə cavab zərbəsi endirəcəyik...

Amma SİA-nın əldə etdiyi məlumata görə,İsrail və HƏMAS arasında hərbi əməliyyatlar başlayandan sonra Amerika vətəndaşlarının ölümünə səbəb olan ilk dron zərbəsindən sonra tərəflər hesablamalarına yenidən baxıblar.

Onu da qeyd edək ki, bunu “The Wall Street Journal” yazır.

Nəşrin qeyd etdiyi görə, nə Vaşinqton, nə də Tehran birbaşa hərbi qarşıdurmaya can atmırlar.

Təbii ki, Vaşinqton hazırkı gərginliyin daha geniş regional münaqişəyə çevriləcəyindən ehtiyat edir, prezident CozefBayden administrasiyası seçkilər öncəsi bundan qaçmağa çalışırlar.

Öz növbəsində Tehran qorxur ki, daha güclü ABŞ-a qarşı birbaşa hərəkət İranı ağır hərbi məğlubiyyətə sürükləyər(?). Ekspertlər hesab edirlər ki, iki tərəf indi gərginliyi idarə etmək üçün hansısa növ “pərdəarxası danışıqlara” əl atmaq niyyətindədir.

Belə ki, Bayden bildirib ki, o, pilotsuz təyyarələrin hücumunu İraqda İran tərəfindən dəstəklənən radikal qruplaşmalara aid edir.

ABŞ rəsmiləri bildiriblər ki, Baydenin təsdiq etdiyi Suriya və İraqdakı İran hədəflərinə zərbələr endirmək planı Vaşinqtonun gərginliyi daha da artırmaq istəmədiyinə işarə edən addımlarla birləşdiriləcək.

Analitiklərin fikrincə, hər hansı zərbələrdən xeyli əvvəl niyyətini bildirməklə, Ağ Ev Tehrana şəxsi heyəti və avadanlıqları yenidən yerləşdirməyə vaxt verə bilər. Bu, ABŞ-ın hücumlarının effektivliyini məhdudlaşdıracaq və həmçinin daha çox zərbə ilə cavab vermək üçün İrana təzyiqi azaldacaq.

Bununla belə, “The Wall Street Journal” xəbərdarlıq edir ki, Vaşinqton və Tehranın artan gərginlikdən qaça biləcəkləri hələ də bəlli deyil. Fakt budur ki, Tehran dəstəklədiyi qruplaşmalara tam nəzarət etmir. Üstəlik, bu qrupların heç də bütün üzvləri İranın şiə ideologiyasını bölüşmür və hər birinin bəzən Tehranın maraqları ilə ziddiyyət təşkil edən daxili gündəmləri var. Bundan əlavə, İran İslam İnqilabı Keşikçiləri Korpusu arasında itkilərlə nəticələnərsə, Amerikanın elan etdiyi zərbələrə cavab verməməkdə çətinlik çəkə bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.