Bayden ilk rəsmi praymerizdə böyük fərqlə qalib gəldi

4-02-2024, 11:39           
Bayden ilk rəsmi praymerizdə böyük fərqlə qalib gəldi
ABŞ-nin hazırkı prezidenti Co Bayden Cənubi Karolina ştatında Demokratlar Partiyasından prezidentliyə namizədlər üçün keçirilən ilkin seçkidə mütləq üstünlüklə qalib gəlib.

Məlumata görə, seçicilərin 96 faizindən çoxu dövlət başçısına səs verib.

Digər Demokrat namizədlər - yazıçı Marien Villiamson və konqresmen Din Fillips isə hər biri iki faizdən az səs toplayıb.
Səsverməni qazanmaq üçün sadə səs çoxluğunu toplamaq lazımdır. Praymerizdə qalib gələn namizəd Demokratların Milli Konqresində nümayəndələrin səslərini alacaq. Tədbir avqust ayında Çikaqoda baş tutacaq.

Mənbə: mk.ru













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru