ABŞ UKRAYNA VƏ FƏLƏSTİNƏ YARDIMI DAYANDIRIR?

4-02-2024, 17:24           
ABŞ UKRAYNA VƏ FƏLƏSTİNƏ YARDIMI DAYANDIRIR?
“Nümayəndələr Palatasının Ukrayna və Fələstini hərbi yardım göstərilən dövlətlər siyahısından çıxarması narahatlıq doğurur”.

RTV-nin məlumatına görə, bunu Ağ Evin rəsmi nümayəndəsi Karin Jan-Pyer deyib.

O bu qərarda respublikaçıları ittiham edərək, onu uğursuz siyasi manevr adlandırıb.

Rəsmi nümayəndə deyib ki, İsrail və Ukraynanın təhlükəsizliyi siyasi oyunlara alət olmamalıdır.

Jan-Pyerin qənaətincə, Ukraynadakı dinc sakinlərə humanitar yardıma da “qırmızı işıq” yandırılması ciddi problemlərə səbəb olacaq.

Qeyd edək ki, bir qədər əvvəl Nümayəndələr Palatası İsrailə 14,3 milyard dollarlıq yardım göstərilməsinə qərar versə də, layihə Senatın dəstəyini qazana bilməyib.

Fərid Azəri












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru