Putinə böyük hədiyyə olacaq - 500 tank, 40 min hərbçi

5-02-2024, 00:04           
Putinə böyük hədiyyə olacaq -
Rusiya Kupyansk istiqamətində 500-ə yaxın tank, 600-dən çox döyüş maşını və 40 minə yaxın hərbçi yığıb. Məqsəd 2022-ci ilin payızında qovulduqları Xarkov vilayətinin ərazisini geri almaqdır.

Bu barədə “Forbes” yazıb.

“Rusiya 2024-cü ilin mart ayına qədər Donetsk və Luqansk vilayətlərini və Xarkov vilayətinin bir hissəsini Oskol çayına qədər tamamilə ələ keçirməyi planlaşdırır. “Mart ayına qədər” müddəti onunla izah olunur ki, həmin vaxt Rusiyada seçkilər keçiriləcək və Putin özünü yenidən prezident təyin edəcək. Xarkov vilayətinin bir hissəsi Ukraynadakı Rusiya ordusundan seçki günü Putinə hədiyyə olacaq”, - nəşr bildirib.
Mənbə: yenisabah.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru