Yaponiya və ABŞ ilk dəfə Çini ehtimal olunan düşmən kimi müəyyən edib

5-02-2024, 10:54           
Yaponiya və ABŞ ilk dəfə Çini ehtimal olunan düşmən kimi müəyyən edib
Çin ilk dəfə Yaponiya və ABŞ-ın birgə hərbi təlimi zamanı ehtimal olunan düşmən kimi müəyyən edilib.

Bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Hərbi təlimin kompüterdə simulyasiyası zamanı Çinin Tayvana hücumu halında ssenarilər üzərində işlənib.

Bu ilin sonuna qədər ABŞ və Yaponiya hərbçilərinin Tayvan boğazında vəziyyətin gərginləşməsi halında birgə fəaliyyətə dair plan hazırlaması planlaşdırılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.