Şimali İrlandiya Britaniyadan çıxmaq üçün referendumun keçiriləcəyini güman edir

5-02-2024, 11:59           
Şimali İrlandiya Britaniyadan çıxmaq üçün referendumun keçiriləcəyini güman edir
Şimali İrlandiyanın Birinci naziri, "Şinn Feyn" Milli Respublika Partiyasının nümayəndəsi Mişel O Nil fevralın 4-də Britaniyanın tərkibindən çıxması ilə bağlı referendumun keçiriləcəyini güman edir.

“Report” xəbər verir ki, o, bu barədə “Sky News”а müsahibəsində bildirib.

O Nil Böyük Britaniya Nazirlər Kabinetinin Şimali İrlandiyanın konsolidasiyası ilə bağlı referenduma hələ bir neçə onilliyin qaldığı iddiasına etiraz edib. Müvafiq bəyanat Şimali İrlandiyanın Birləşmiş Krallıqda qalmasını müdafiə edən demokratik birlikçi Partiyasının (DUP) sənədinə daxil olunub.

"Mən Britaniya hökuməti rəsmilərinin bu sənəddə qeyd etdiklərinə qəti şəkildə etiraz edərdim, çünki Birinci nazir seçilməyim adada baş verən dəyişikliklərin nümayişidir", - O Nil deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru