ABŞ İranla müharibəyə girəcək? - Ağ Evdən açıqlama gəldi

5-02-2024, 12:59           
ABŞ İranla müharibəyə girəcək? - Ağ Evdən açıqlama gəldi
ABŞ prezidenti Co Bayden İordaniyadakı Amerika bazasına hücuma cavab olaraq İrana mümkün zərbələrlə bağlı lazım bildiyini edəcək, lakin ABŞ müharibəyə qarışmaq niyyətində deyil.

Bu barədə Amerika prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bildirib.

“Ağ Ev əvvəllər dəfələrlə bəyan edib ki, o, İranla müharibə və ya Yaxın Şərq regionunda hər hansı digər silahlı münaqişəyə can atmır. Bayden də əmin edib: Birləşmiş Ştatlar “genişmiqyaslı müharibə” istəmir”, - Sallivan bildirib.

Birləşmiş Ştatlar, İordaniyadakı hərbi bazasına hücuma cavab zərbələrinin bir hissəsi olaraq, İslam İnqilabı Keşikçiləri Korpusu qüvvələrinə və İraq və Suriyadakı əlaqəli qüvvələrə aid 85-dən çox hədəfi vurub. ABŞ-ın hədəfləri SEPAH və əlaqəli qrupların obyektləri olub.

Ötən həftə İordaniyadakı bazada olan Amerika hərbçiləri pilotsuz təyyarə ilə hücuma məruz qalıb. Pentaqonun məlumatına görə, hücum nəticəsində 3 əsgər ölüb, 40-dan çox əsgər yaralanıb. Vaşinqton baş verənlərə görə digərləri ilə yanaşı, İranı da günahlandırıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.