Rusiyanı ölkəsinin tarixi ərazisinə daxil etdi - Xəritə

13-02-2024, 09:10           
Rusiyanı ölkəsinin tarixi ərazisinə daxil etdi - Xəritə
Monqolustanın keçmiş prezidenti Saxiaqiyn Elbeqdorj Rusiya Prezidenti Vladimir Putinlə amerikalı jurnalist Taker Karlsonun müsahibəsi fonunda ölkənin tarixi xəritəsini dərc edib.

Eks-prezident paylaşımında Rusiyanın hazırki ərazisinin tarixən monqolların olduğuna işarə edib.

Putinin çıxışından sonra Monqolustanın tarixi xəritəsini tapdığını bildirən eks-prezidentin yaydığı xəritədə Rusiyanın bütün indiki ərazisi Çingiz xan imperiyasının bir hissəsi kimi göstərilir.

Monqolustanın eks-prezidenti belə bir hərəkəti ilə guya bu torpaqların vaxtilə fatehin nəslinə məxsus olduğunu xatırladıb.

Qeyd edək ki, Vladimir Putin amerikalı jurnalist Taker Karlsona müsahibəsində Ukraynanı Sovet hakimiyyətinin yaratdığı "süni dövlət" adlandırıb.

Mənbə: axar.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.