"Təhlükəli qərardır, müharibəyə səbəb ola bilər" - Korotçenko

20-03-2024, 17:04           
"Təhlükəli qərardır, müharibəyə səbəb ola bilər" - Korotçenko
Fransanın Ukraynaya qoşun göndərməsi Rusiya və NATO arasında müharibəyə səbəb ola bilər.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.

“Fransanın qoşun göndərməsi cəbhədəki qüvvələr balansını dəyişməyəcək, amma bu, NATO üzvü olan ölkələrdən birinin Ukraynadakı münaqişədə birbaşa iştirakı üçün presedentdir. Hətta Rusiya ilə NATO arasında termonüvə münaqişəsinə çevrilə biləcək müharibəyə dəvətdir.

Putin yaxınlarda bunu kifayət qədər açıq şəkildə ifadə etdi. Görürük ki, Afrikada mövqelərini itirən və buna görə Rusiyanı günahlandıran fransızlar üçün Afrika uğursuzluqları və uran yataqlarına çıxışın itirilməsini kompensasiya etmək istəyi Rusiya ilə hərbi münaqişədə üz-üzə qalacaq qədər güclüdür”, - ekspert bildirib.

Korotçenkonun sözlərinə görə, Fransanın Ukraynaya göndərəcəyi qüvvələr məhv ediləcək:

“Bütün bunlar o baxımdan təhlükəlidir ki, biz artıq NATO ölkələrindən biri ilə Rusiya arasında birbaşa toqquşmadan danışa bilərik. Amma şəraitdən asılı olmayaraq, aşkar edildikdə, açıq şəkildə Fransa hərbi kontingentini məhv etmək üçün zərbələr endiriləcəyi tamamilə aydındır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru