Ukraynanın arzusu dəfn edildi – “Artıq heç kimə lazım deyil”

20-03-2024, 21:11           
Ukraynanın arzusu dəfn edildi –
Polşanın Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalını məhdudlaşdırmaq çağırışlarına Fransanın qoşulması Parisin öz maraqlarını rəhbər tutduğunu göstərir.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı deputat Aleksey Puşkov deyib.

“Taxıldan söhbət düşəndə ​​dostluq dostluqdur, tütün isə ayrıdır (atalar sözü – red.). Artıq bəlli olur ki, Ukrayna bir ölkə olaraq nə Fransa, nə də Polşaya lazımdır”, - deputat qeyd edib.

Puşkovun iddiasına görə, Ukrayna taxılı ilə bağlı yaranmış durum Kiyevin Avropa Birliyinə (AB) üzvlüyü ideyasının dəfn edildiyini göstərir. O hesab edir ki, Ukraynanın AB-yə daxil olması təxminən 200 milyard avroya başa gələcək.

“Üstəlik, bu halda Ukraynaya təkcə taxıl bazarına yox, daha çox yerə girməsinə icazə verilməli olacaq. Onda Avropanın yarısı üsyan edəcək”, - Puşkov vurğulayıb.

Bundan əvvəl Avropa Parlamenti (AP) Ukraynadan AB-yə kənd təsərrüfatı məhsullarının ixracına rüsum və kvotaların dayandırılmasını 2025-ci ilin iyun ayına qədər uzadıb. Bildirilib ki, Ukraynadan idxal olunan kənd təsərrüfatı məhsulları AB ölkələrinin daxili bazarlarında pozulmalara səbəb olarsa, AP təcili tədbirlər görmək hüququnu özündə saxlayır.

“Politico” yazır ki, fermerlərin etirazları səbəbindən Brüssel Ukraynanın AB-yə daxil olması üçün gizli hazırlıqlara başlayıb. Avropa rəsmiləri deyirlər ki, heç kim üç aydan sonra keçiriləcək seçkilərə qədər genişlənmədən danışmaq istəmir. Hər kəs subsidiyaların azalması və Ukrayna mallarının rüsumsuz idxalı ilə bağlı fermerlər arasında narazılıqdan qorxur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.