“Ermənistan bunu Azərbaycanın rəyini nəzərə almadan edir”

21-03-2024, 09:14           
“Ermənistan bunu Azərbaycanın rəyini nəzərə almadan edir”
“Ermənistan Azərbaycanın rəyini nəzərə almadan birtərəfli qaydada Aİ-nin müşahidə missiyasını dəvət edir”.

Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.

O bildirib ki, bu hal missiyanın effektivliyinə şübhə yarada bilər:

“Məsələ monitorinqin predmetinin nədən ibarət olması və bu missiyanın Azərbaycan tərəfi tərəfindən tanınıb-tanınmamasıdır. Mən şübhə edirəm ki, orada belə bir mandat anlayışla qarşılanacaq”.
Peskov deyib ki, bu, İrəvanın birtərəfli qərarıdır və belə bir missiyanın potensial effektivliyini şübhə altına almağa dəyər.

Xatırladaq ki, bu gün Ermənistan parlamenti İrəvanla Avropa İttifaqı arasında Azərbaycanla sərhəddə Aİ-nin mülki müşahidə missiyasının statusu haqqında sazişi ratifikasiya edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.