İsrail müdafiə naziri ərəblərin iftar süfrəsinə qatıldı...- GÖZLƏNİLMƏZ-FOTO+VİDEO

21-03-2024, 12:38           
İsrail müdafiə naziri ərəblərin iftar süfrəsinə qatıldı...-
Sosial media istifadəçiləri İsrailin müdafiə naziri Benni Hantzın və ərəb mediası üçün ordu sözçüsü Avixay Adrainin Negevdə bədəvilərin Ramazan iftar süfrəsinə qatıldıqlarının videosunu yayıblar.

"RT.Arabik"in yaydığı məlumata görə, tədbirdə İsrail ordusunun zabitləri və yemək yeyərkən videoya çəkilən Knesset deputatı da olub.

Ziyafətdə Əl-Zəyyadnı ailəsi də iştirak edib. Bu ailənin dörd üzvü oktyabrın 7-də "Əl-Qəssam" briqadaları tərəfindən əsir götürülüb, ikisi isə ötən ilin noyabrında mübadilə müqaviləsi ilə azad edilib. Çoxları ziyafəti tənqid edib, bəziləri isə müqavimət qüvvələrini, qəzzalıları və ərəbləri təhrik etmək cəhdi hesab edib. İsrailin Qəzza zolağında müharibəni davam etdirmək səylərini dəstəkləmək üçün Təhlükəsizlik Şurasının iclasına Əl-Zayyadnı ailəsinin nümayəndəsinin qatılması da diqqət çəkir.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru