Kiyev ABŞ-ın çağırışına məhəl qoymamalıdır - ABŞ generalı

23-03-2024, 13:05           
Kiyev ABŞ-ın çağırışına məhəl qoymamalıdır - ABŞ generalı
Kiyev Rusiyadakı neft emalı zavodlarına hücumların dayandırılması çağırışlarına məhəl qoymamalıdır.

Bunu ABŞ Silahlı Qüvvələrinin Avropadakı keçmiş komandanı Ben Hoces deyib.

“Bu zavodlara hücumlar Kremlin Ukraynaya qarşı müharibəni maliyyələşdirmək imkanlarını azaldır. Neftayırma zavodlarına hücumlar Rusiyanı həm də müharibə aparmaq üçün lazım olan yanacaqdan məhrum edir”, - Hoces bildirib.

Qeyd edək ki, ABŞ-ın Kiyevi Rusiyanın neft emalı zavodlarına zərbələrdən çəkinməyə çağırdığı haqda məlumat yayılmışdı. Bildirilirdi ki, bu çağırış dünyadakı neft qiymətlərinə təsirlə bağlıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.