Bu qədər imkanı olan Mərkəzi Kəşfiyyat İdarəsi necə olub ki...

23-03-2024, 16:34           
Bu qədər imkanı olan Mərkəzi Kəşfiyyat İdarəsi necə olub ki...
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) terror olaylarını və ya müharibələri əvvəlcədən necə proqnozlaşdıra bilir? MKİ dünyanın hər yerində geniş kəşfiyyat şəbəkəsinə malik olmaqla yanaşı müasir dinləmə texnologiyalarından istifadə edir. Misal üçün MKİ Moskvadakı terror olayını əvvəlcədən müəyyənləşdirə bilib. MKİ sadəcə, günü və terrorçuların Moskvada konkret hara hücum edəcəyindən xəbərsiz ola bilərdi. Ancaq terrorçu qruplaşmalardan birinin Moskvada artıq terror planlaşdırdıqları barədə məlumatı olub. Bunu həm terrorçu təşkilatın içindəki MKİ xəfiyyəsi sızdıra, həm də təşkilat müxtəlif dinləmələr üzərindən terror hazırlığı qənaətinə gələ bilərdi. Eyni sözü müharibələr barədə də söyləmək olar. 2020-ci ilin sentyabrında Azərbaycanla Ermənistan arasında müharibə başlamadan bir neçə gün öncə ABŞ-ın Bakıdakı və İrəvandakı səfirlikləri vətəndaşlarına sərhəd bölgəsindən uzaq dayanmağı məsləhət bilmişdi. MKİ əldə etdiyi məlumatlar və apardığı analiz üzərindən müharibənin başlayacağı qənaətinə gəlmişdi.
Sadəcə sual olunur: Bu qədər imkanı olan Mərkəzi Kəşfiyyat İdarəsi necə olub ki, 2001-ci ilin sentyabrında terrorçuların burnunun ucunda hücumlarını müəyyənləşdirib qarşısını ala bilmədi? Bu mövzu ətrafında bugünə qədər qızğın müzakirələr gedir…
Elxan Şahinoğlu
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.