Solovyov və Simonyan bu vəzifələrə təyin edənlər niyə həmin “jurnalistlərə” xəbərdarlıq etmirlər?

26-03-2024, 10:24           
Solovyov və Simonyan bu vəzifələrə təyin edənlər niyə həmin “jurnalistlərə” xəbərdarlıq etmirlər?
Mətbuat Şurasının rusiyalı teleaparıcı, jurnalist Vladimir Slovyovun “Crocus City Hall” konsert zalında törədilmiş qorxunc terror aktını Azərbaycanla əlaqələndirmək yönümlü informasiya təxribatını qətiyyətlə pisləyən bəyanatını dəstəkləyirəm. “Vladimir Solovyovun “Crocus City Hall” terrorunda Azərbaycan izlərini axtarmaq cəhdi onun ermənipərəst təəssübkeşliyindən qaynaqlanır” bildirilən bəyanatda rusiyalı jurnalistin cəmiyyəti yanlış yönləndirməklə məşğul olduğu bildirilib. Mətbuat Şurasının bəyanatında “Sputnik” agentliyinin rəhbəri Marqarita Simonyanın da Azərbaycana qarşı informasiya təxribatı apardığı və bu qrupun Rusiya mediasında kök salan erməni lobbisinin sifarişlərini yerinə yetirdiyi vurğulanıb.
Solovyov və Simonyan erməni lobbisinin Azərbaycana qarşı sifarişini yerinə yetirirlərsə və bu cür hallar dayanmadan təkrarlanırsa, onları bu vəzifələrə təyin edənlər niyə həmin “jurnalistlərə” xəbərdarlıq etmirlər? Axı Kreml Azərbaycanı strateji tərəfdaş adlandırır. Deməli buradan iki nəticə hasil etmək olar, ya Kreml mediadakı ruporlarına nəzarət edə bilmir və Solovyov, Simonyan və digərləri erməni lobbisinin sifarişini yerinə yetirməklə “özfəaliyyətlə” məşğuldurlar, ya da Azərbaycanla terrorçular arasında əlaqə qurmaq təşəbbüsü yalnız erməni lobbisinin işi deyil, tapşırıq yuxarılardan gəlib. Misal üçün Rusiya Dövlət Dumasının sədr müavini və hakim partiyanın üzvü Pyotr Tolstoyun erməni lobbisinə bağlılığını iddia etmək mümkün olmasa da, bu şəxs də imkan düşən kimi Azərbaycana qarşı sərsəm fikirlər səsləndirir.
Elxan Şahinoğlu
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.