Solovyovun da Azərbaycandan növbəti dəfə üzr istəməsinin vaxtı yetişib.

26-03-2024, 08:38           
Solovyovun da Azərbaycandan növbəti dəfə üzr istəməsinin vaxtı yetişib.
Solovyov “Krokus Siti Holl”dakı terror aktında “azərbaycanlı izi” axtarmağa başlayıb. Onun Azərbaycana münasibəti və hər fürsətdən istifadə etdiyi bəllidir, lakin indiki məqamda belə iddialar irəli sürməsi “iz azdırmağa” daha çox bənzəyir.
Terror hücumundan ermənilərin iştirakı haqda fikirlər səsləndirilir, hətta terrorçuların erməni dilində söyüş söydüyü ilə bağlı məlumatlar yayılıb. İstisna deyil ki, erməni şəbəkəsi bu informasiyaları arxa plana keçirmək və diqqəti ermənilərdən yayındırmaq məqsədilə Solovyovdan “azərbaycanlıların hədəf göstərilməsini” istəyib. Bu, həm də erməni şəbəkəsinin Bakı-Moskva xəttində çatların yaranması məqsədilə bütün fürsətlərdən istifadə etməsi planının davam etdirilməsidir.
Bu cür iddialar, “iz” axtarışını siyasi məqsədlərə yönəltmək Rusiyanın özünün də əleyhinədir, çünki, həm ictimai rəy üzərində manipulyasiyalar edilir, həm də istintaqın gedişinə təsir edə bilər. Bu baxımdan, rəsmi Moskva məsələyə müdaxilə etməlidir.
Görünür, Solovyovun da Azərbaycandan növbəti dəfə üzr istəməsinin vaxtı yetişib. O, sonuncu dəfə hazırda Bakıda həbsdə olan separatçı David Babayanı efirə çıxardığı üçün Azərbaycandan üzr istəmişdi.
Asif Nerimanli
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.