Peskovdan İrəvana İLGİNC XATIRLATMALAR - bir neçə milyard dollar...

26-03-2024, 13:06           
Peskovdan İrəvana İLGİNC XATIRLATMALAR - bir neçə milyard dollar...
“İndi biz dost, qardaş Ermənistanla münasibətlərdə kifayət qədər çətin dövr yaşayırıq”.

Musavat.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Аргументы и факты” nəşrinə müsahibəsində bildirib.

“Bu, qardaşlıqdan da artıqdır, çünki burada Ermənistanın özündən də çox erməni yaşayır. Yeri gəlmişkən, Rusiya Federasiyasının vətəndaşları olan ermənilərin iqtisadi fəallığı hələ də Ermənistanın ümumi büdcəsinin çox böyük faizini təşkil edir. Adamlar ora pul köçürür, söhbət ildə bir neçə milyard dollardan gedir”, - deyə Peskov İrəvana maraqlı mesaj verib.

Onun sözlərinə görə, Qafqaz regionu təəssüf ki, müxtəlif regiondankənar qüvvələrin diqqətini cəlb edir.

“Biz əminik ki, bu qüvvələrin iştirakı çox məhdud olmalıdır, çünki o, orada sabitlik və rifah gətirmək iqtidarında deyil. Ona görə də ümid edirik ki, əlaqələrimizin inkişafını davam etdirmək üçün İrəvanda siyasi iradə qalib gələcək və biz bu çətin dövrdən uğurla keçəcəyik” - Peskov əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru