Həmin binada toplaşanlar eyni zamanda iki ölkə arasında sülh prosesinə də əngəldirlər.

29-03-2024, 08:53           
Həmin binada toplaşanlar eyni zamanda iki ölkə arasında sülh prosesinə də əngəldirlər.
Qarabağ separatçılarının İrəvandakı “nümayəndəlik” binası və orada toplaşanlar Ermənistan üçün əlavə gərginlik mənbəyidir. Separatçıların keçmiş lideri Samvel Şahramanyan Fransa nəşrinə müsahibəsində deyib ki, onlar İrəvanda fəaliyyətlərinin davam etdirirlər. Halbuki, Qarabağdan qaçmağa hazırlaşarkən “dövlət strukturlarını” buraxdığını elan etmişdi. Samvel Şahramanyanın yeni açıqlaması baş nazir Nikol Paşinyana meydan sulamaqdır. Nikol Paşinyan ona görə deyib ki, Ermənistanda yalnız bir hökumət və bir iqtidar ola bilər. Məntiqlə Paşinyan həmin “nümayəndəliyin” fəaliyyətini qanundakənar elan edib həmin binanı separatçıların əlindən almalıdır. Ancaq o bunu etmir. Paşinyan hər məsələdə olduğu kimi bu məsələnin həlini də gecikdirir. Həmin binada toplaşanlar Paşinyana müxalif mövqedədirlər və istənilən daxili və xarici gücün hökumətə qarşı planlarında yer alacaqlar. Həmin binada toplaşanlar eyni zamanda iki ölkə arasında sülh prosesinə də əngəldirlər.
Elxan Şahinoğlu
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru