“Kiyev Moskvaya hansı güzəştlərə hazır olduğuna özü qərar verməlidir”-NATO Baş katibi

8-04-2024, 11:34           
“Kiyev Moskvaya hansı güzəştlərə hazır olduğuna özü qərar verməlidir”-NATO Baş katibi
“Ukrayna Rusiya ilə müharibədə hansı kompromislərə getməyə hazır olduğuna özü qərar verməlidir”.

Azpost.info bildirir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq BBC-yə müsahibəsində deyib.

Stoltenberq Rusiya qoşunlarını sıxışdırıb çıxarmaq və Putini işğal məqsədlərindən əl çəkməyə məcbur etmək üçün Ukraynaya hərbi dəstəyin həyati əhəmiyyət daşıdığını deyib. Bununla yanaşı baş katib hesab edir ki, Kiyev də güzəştə gedə bilər.

“Ukrayna hansı kompromislərə getməyə hazır olduğuna özü qərar verməlidir. Biz ona elə bir mövqedə olmaq imkanı verməliyik ki, o, həqiqətən danışıqlar masasında məqbul nəticə əldə etsin” – Stoltenberq bildirib.

O, hazırda Ukraynanı güzəştə getməyə çağırmadığını qeyd edib və əlavə edib ki, Ukrayna qalib gələndə “əsl sülh” əldə olunacaq.

NATO-nun baş katibi həmçinin Rusiya, Çin, İran və Şimali Koreyanı nəzərdə tutaraq, bir-birinə əməli dəstək verən və “getdikcə daha da yaxınlaşan” “avtoritar” ittifaqın olduğunu bildirib: “Çin müdafiə sənayesi üçün əsas hissələri tədarük etməklə Rusiyanın hərbi iqtisadiyyatını dəstəkləyir”, Stoltenberq bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru