Kreml: ABŞ-ın nüvə silahı Polşada yerləşdirilsə, Rusiya tədbir görəcək

23-04-2024, 12:34           
Kreml: ABŞ-ın nüvə silahı Polşada yerləşdirilsə, Rusiya tədbir görəcək
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Polşa Prezidenti Anjey Dudaya cavab verib.
Rusiya hərbçiləri ABŞ-ın Polşa ərazisində nüvə silahının yerləşdirilməsi halında lazımi tədbirləri görəcək.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov çıxışı zamanı qeyd edib.
"Hərbçilər, əlbəttə ki, belə planların həyata keçiriləcəyi təqdirdə vəziyyəti təhlil edəcək və hər halda təhlükəsizliyimizi təmin etmək üçün bütün zəruri cavab addımlarını atacaqlar" - Peskov Polşa prezidentinin sözlərinə cavab olaraq vurğulayıb.
Xatırladaq ki, bu yaxınlarda Polşa Prezidenti Anjey Duda "Fakt" qəzetinə müsahibəsində ABŞ-ın nüvə silahlarını Polşada yerləşdirməyə hazır olduğunu bəyan edib. O, bu sözləri Polşanın Şimali Atlantika alyansında ABŞ-ın müttəfiqi olması və blokun şərq cinahının "təhlükəsizliyini gücləndirmək" üçün ümumi siyasət həyata keçirməsi ilə izah edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru