"DOLLAR DƏYƏRİNİ TAMAMİLƏ İTİRƏCƏK” - İş adamı və ekspertlər xəbərdarlıq etdi

4-05-2024, 16:26           
"DOLLAR DƏYƏRİNİ TAMAMİLƏ İTİRƏCƏK” - İş adamı və ekspertlər xəbərdarlıq etdi
ABŞ-nin dövlət borcu hər 100 gündə təx­minən 1 trilyon dollar artır

“SpaceX”in təsisçisi, məşhur iş adamı İlon Mask ölkənin dövlət borcu ilə bağlı problemin həll olunmayacağı təqdirdə ABŞ dollarının dəyərini tamamilə itirəcəyini bildiirib.

İş adamı bu barədə “X” hesabında yazıb.

“Biz dövlət borcumuzla bağlı nəsə etməliyik, əks halda dollar dəyərini tamamilə itirəcək”, - deyə, Mask xəbərdarlıq edib.

"AzPolitika.info" xatırladır ki, Mask bir qəıdər əvvəl də qeyd etmişdi ki, ABŞ-nin federal büdcəsi gələcək­də borcun faizlərini ödəməkdən başqa bir şey ödəməyə kifayət etməyəcək.

Qeyd edək ki, daha əvvəl Beynəlxalq Valyuta Fondunun Büdcə məsələləri üzrə Departamentinin direktoru Vitor Qaspar bildirmişdi ki, ABŞ-nin dövlət borcunun artması dünyada yan təsirlərə səbəb olur.

Xatırladaq ki, bu ilin əvvəlinə Amerika Birləşmiş Ştatlarının dövlət borcu 34 trilyon dolları ötüb. Bu da 2023-cü ildə 4 trilyon dollardan çox artım deməkdir. Ancaq hər keçən ay bu məbləğ artır.

“CNBC” telekanalı isə xəbər verir ki, ABŞ-nin borc yükü son aylarda sürətlə ar­taraq, demək olar ki, hər 100 gündə təx­minən 1 trilyon dollar artır. “Bank of Ame­rica”nın eksperti Maykl Hartnett hesab edir ki, ABŞ dövlət borcunun 34 trilyon dollardan 35 trilyon dollara keçməsində 100 günlük model dəyişməz qalacaq.

Onu da xatırladaq ki, 2021-ci ildə ABŞ hökuməti borc tavanını (hökumətin top­laya biləcəyi borcun ümumi məbləğinin qanunvericiliklə təsdiq edilmiş limiti) 31,4 trilyon dollar səviyyəsində müəyyən etmişdi. Amma bir il keçər-keçməz ölkənin borcu bu həddə çatdı. Belə olanda ABŞ-ın Ma­liyyə Nazirliyi limitin qaldırılmadığı təqdir­də defolt təhlükəsi ilə bağlı xəbərdarlıq etdi. Prezident Cozef Bayden və demok­ratlar heç bir şərt irəli sürmədən Konq­resi borc tavanını qaldırmağa çağırdılar. Respublikaçılar isə öz növbəsində limitin artırılması müqabilində büdcə xərclərinin azaldılmasında israr etdilər. Nəticədə kompromis əldə olundu və yayda Bayden qanun imzaladı, ona görə də dövlət bor­cunun tavanı 2025-ci ilin yanvarına qədər ləğv edildi. Elə hər şey də bundan sonra başladı.

Bu gün iqtisadçılar Konqres və Ağ evin xərcləri ilə bağlı həyəcan təbili çala­raq gələcəyə dair çox bədbin proqnozlar verirlər. Büdcə idarəsinin son məlumatla­rı göstərir ki, əhalinin qocalması və sə­hiyyə xərcləri fonunda növbəti onillikdə dövlət borcu heyrətamiz dərəcədə arta­raq 54 trilyon dollara yüksələcək. Bu və­ziyyət faiz dərəcələrinin artması ilə daha da ağırlaşır.

Mütəxəssislər bildirirlər ki, əgər bu borc maddiləşərsə, Amerikanın dünya­dakı iqtisadi mövqeyi risk altına düşə­cək.

“Vəziyyət nəzarətdən çıxır və artıq Konqresin oyanma vaxtıdır”, – deyə eks­pertlər xəbərdarlıq edirlər.

Daha həyəcanlı fakt ondan ibarətdir ki, son bir il yarım ərzində faiz dərəcələ­rinin artması səbəbindən dövlət borcuna xidmət bahalaşıb. Təbii ki, onun artma­sına uyğun olaraq federal hökumətin borclara olan xərcləri də artıb. “CRFB”in proqnozlarından aydın olur ki, növbəti 30 il ərzində dövlət borcları üzrə faiz ödəniş­ləri federal büdcənin ən sürətlə böyüyən hissəsinə çevriləcək.

Belə ki, 2022-ci maliyyə ilində 475 milyard dollar olan ödənişlərin 2032-ci ildə təxminən üç dəfə artaraq 1,4 trilyon dollara çatacağı gözlənilir. Amma bu da son olmaya bilər. Çünki proqnozlar göstərir ki, artıq 2053-cü ilə qədər faiz ödənişləri 5,4 trilyon dollara qədər ar­tacaq.

Ekspertlər deyirlər ki, borc nə qədər çox olarsa, ABŞ bir o qə­dər çox illik faiz ödəyir. Bu xərclər təhsil, tədqiqat və infrastrukturun inkişafı kimi sahələrdə iqtisadi artıma təkan verən mühüm dövlət investisiyalarını kölgədə qoya bilər.

Bütün bunları nəzərə alan “Peter Peterson Fondu”nun baş direktoru Maykl Peterson bəyan edib ki, “Amerikanın büdcə perspektivləri hə­mişəkindən daha təhlükəli və qorxunc­dur. Bizim iqtisadiyyatımız və gələcək nəsillərin həyatı risk altındadır...”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.