Avropa İttifaqı “Rus SWIFT”inə qarşı sanksiyalar hazırlayır

7-05-2024, 08:14           
Avropa İttifaqı “Rus SWIFT”inə qarşı sanksiyalar hazırlayır
Avropa İttifaqı Rusiyaya qarşı maliyyə sanksiyalarının genişləndirilməsi və SWIFT-in yerli analoqu – Rusiya Bankının Maliyyə Mesajlarının Ötürülməsi Sisteminin (SPFS) “qara siyahılar”a daxil edilməsi imkanlarını nəzərdən keçirir.

Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg”ə mənbələr məlumat verib.

Məlumata görə, SPFS-ə qarşı sanksiyalar Ukraynanın işğalı ilə bağlı 14-cü tədbirlər paketinə daxil edilə bilər.
Agentliyin həmsöhbətlərinin sözlərinə görə, Avropa Komissiyası Aİ-yə üzv ölkələrə müvafiq təkliflər göndərib.

Bundan başqa, 25 faizdən çox Rusiya strukturlarına məxsus nəqliyyat şirkətlərinə qarşı sanksiyalar, həmçinin Moskvaya dəstək verdiyi üçün Belarus, Çin, BƏƏ və Türkiyəyə qarşı əlavə tədbirlər nəzərdə tutulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru