Yüzlərlə cinayətkar Ermənistana axışır: "Ölkəni aksiyalar bürüyə bilər" - Açıqlama

9-05-2024, 08:44           
Yüzlərlə cinayətkar Ermənistana axışır:
“Ermənistan apostol kilsəsi bu gün açıq-aşkar terorizmi və ekstremizmi dəstəkləyir. Daha əvvəl bu fəaliyyətlər qapalı şəkildə həyata keçirilsə də, Qazaxın işğal altında olan kəndlərinin Azərbaycana qaytarılması ilə bağlı proseslər başladıqdan sonra erməni apostol kilsəsi həm Ermənistana, həm də Azərbaycana qarşı fəaliyyətini maksimum artırıb”.

Bunu Bakupost.az -a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. O, Ermənistanda separatizmi dəstəkləyən revanşistlərin bu işə cəlb edildiyini bildirib:
“Ermənistanda nə qədər narkobaronı, quldur, separatizmi dəstəkləyən revanşist, korrupsiyaya görə cəzalandırılan məmur varsa, hamısı kilsənin ətrafında birləşib. Onları da vaxtilə Ermənistan hakimiyyətində təmsil olunan Qarabağ klanının rəhbərləri dəstəkləyir. Xüsusilə dəRobert Köçəryanın daha çox canfəşanlıq göstərdiyini görürük. Rusiyadan və keçmiş MDB respublikalarında olan erməni ekstrimistlərin İrəvana axışması da bu hərakatı dəstəkləmək məqsədi daşıyır. Ermənistan hakimiyyəti qısa müddətdə erməni apostol kilsəsinin, xüsusilə də Baqrat Qalstyanı və onun tərəfdarlarını zərərsizləşdirməsə, o zaman bu ölkəni genişmiqyaslı etiraz aksiyaları bürüyə bilər”.
Qeyd edək ki, Ermənistanın ictimai televiziyası Rusiyadan ölkəyə “yüzlərlə cinayətkar elementin” gəldiyini elan edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.