"Ukrayna məğlub olmaq təhlükəsi ilə üz-üzə qalıb" - "Politico"

10-05-2024, 09:57           
"Ukrayna məğlub olmaq təhlükəsi ilə üz-üzə qalıb" - "Politico"
"Vladimir Putin hələ heç vaxt öz məqsədinə bu qədər yaxın olmayıb..."

"Ukraynanın dörd vilayəti bütövlükdə, habelə Xarkov və hətta Kiyev şəhərlərinin zəbt edilməsi ehtimalı var..."

Qərb dövlətləri Ukraynaya "tələb olunanadək" qeyd-şərtsiz yardım göstərəcəklərinə vəd etsələr də, ukraynalı əsgər və zabitləri arasında müharibənin perspektivləri barədə proqnozlar tutqunlaşır.

Moderator.az xəbər verir ki, bu barədə "Politico" qəzetinin icmalçısı Ceymi Dettmer yazıb.

Ukrayna Silahlı Qüvvələri (USQ) bu yay Rusiya ordusunun genişmiqyaslı hücuma keçəcəyi təqdirdə cəbhə xəttinin yarılacağından ehtiyat edir, məqalədə deyilir.

Jurnalist qeyd edir ki, ukraynalı hərbçilər müttəfiqlər tərəfindən vəd edilən döyüş sursatları qıtlığı keçirir, lakin ən pisi Ukrayna ordusu sıralarında qələbə üçün lazım olan döyüş ruhu yoxa çıxıb.

Dettmer son ayda siyasi liderlər, hərbçilər və sadə vətəndaşlardan onlarla müsahibə alıb, nəticədə mənzərə fəlakətlidir.

Jurnalistin sözlərinə görə, Qərbin bəyanatlarının Kiyevə gerçək yardımına uyğun olmaması "bütün ukraynalıların-səngər qazan əsgərlərdən ölkəni idarə edən nazirlərədək hər kəsi yorub və əsəbi edib".

"Demək olar ki, Vladimir Putin hələ heç vaxt öz məqsədinə bu qədər yaxın olmayıb", - Dettmer hesab edir.

Cəbhə xəttinin kövrək olması barədə qorxu hissi Rusiyanın Ukraynanın energetika obyektlərinə yönələn şiddətli hücumları ilə bir qədər də artır, jurnalist qeyd edib.

Dettmer xatırladıb ki, bu yaxınlarda Qərb ölkələri liderləri ilə görüşündə Ukrayna xarici işlər naziri Dmitri Kuleba ürək ağrısı ilə deyib: "Bizə bu lənətə gəlmiş "Patriot"ları verin".

O, silah tədarükündə ləngimələrdən və tərəfdaşların ukraynalılara, məsələn, Rusiyanın neft obyektlərinə xərbələr endirməmək kimi şərtlər irəli sürdüyündən əsəbiliyini gizlədə bilməyib.

Əlbəttə ki, Kuleba Qərb ölkələrinin son iki ildə göstərdikləri bütün dəstəyə görə minnətdarlıq edib və xəbərdarlıq edib ki, Ukrayna qüsurlu dairəyə düşüb.

Qərb ölkələri Kiyevin geri çəkilməyindən şikayətlənir, bu isə gələcəkdə əlavə yardımın göndərilməsi ehtimalını azaldır.

Qeyd edək ki, ən azı cəbhənin Avdeyevka istiqamətində Rusiya ilin əvvəlindən hücumdadır. Avdeyevkadan başqa, Rusiya Müdafiə Nazirliyi bir neçə kəndin ələ keçirilməsi barədə hesabat verib.

Aprelin əvvəlində müdafiə naziri Sergey Şoyqu bəyan edib ki, ilin əvvəlindən Ukraynanın 403 kv. km ərazisi rusiyalı hərbçilərin nəzarətinə keçib.

Rusiyanın yayda irimiqyaslı hücuma keçəcəyi barədə yanvar ayında "Financial Times" qəzeti yazıb.

Nəşrin həmsöhbətləri güman edib ki, Putin 2022-ci ilin sentyabrında Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye kimi dörd vilayətinin ilhaq edildiyini elan edib.

İndi isə bu vilayətlərin qalan ərazilərini ələ keçirməyə cəhd edəcək. Bundan başqa, Xarkov və ya hətta Kiyev şəhərlərinin qəsb edilmə ehtimalı var.

Mart ayında Ukrayna prezidenti Vladimir Zelenski Amerikanın CBS telekanalına müsahibəsində deyib ki, Rusiya may-iyun aylarında yeni hücuma keçəcək.

Onun sözlərinə görə, əgər müttəfiqlər silah tədarükündə tələsməsələr, o zaman USQ Rusiya qoşunlarının yeni hücumuna hazır olmayacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.