XİN başçısı Ukraynanı xilas etməyin yeganə yolunu açıqladı

30-05-2024, 10:14           
XİN başçısı Ukraynanı xilas etməyin yeganə yolunu açıqladı
Litvanın xarici işlər naziri Qabrielius Landsbergis bildirib ki, Ukraynanı xilas etməyin yeganə yolu onu NATO ölkələrinin kollektiv müdafiəsinə daxil etməkdir.

TEREF Qaynarinfo-ya istinadla xəbər verir ki, nazir bunu X sosial şəbəkəsindəki səhifəsində yazıb.

Onun sözlərinə görə, Ukraynanın Şimali Atlantika Alyansının himayəsi altına daxil edilməsi Rusiyanı cilovlamaq üçün yeganə yoldur.

"Litva bunu anlamaq üçün Ukraynanın təzyiqinə ehtiyac duymur", deyə Landsbergis bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru