Kilsə xadimlərinin çoxu da elə "KQB"-dən çıxıb...
31-05-2024, 09:44

Bu gədə 2-3 dəfə Paşinyanı təhqir etdi deyə, bizdə bəzi "ekspertlər" az qala onu Azərbaycanın dostu elan etdilər, aralarında bəzi deputatlar da var idi. Amma bunların xisləti dəyişməz, ümumiyyətlə, Rusiyanı son 4 ildə urvatsız etdiyimiz addımlara görə cavab verməyə çalışır - Xankəndində konsulluq istəyi də bu qəbildəndir. Rusiya qondarma rejim və işğal zamanı Xankəndi və ərtafında yaşayan ermənilərə pasport paylayıb. Keçən il öz istəyi ilə Qarabağı tərk edən 100 min erməninin 30 minə yaxınının Rusiya pasportu-vətəndaşlığı var.
Kreml konsulluq xidməti vasitəsi ilə Xankəndindənə dönən kimi həmin şəxslərin "hüquqlarını quruyuruq" nağıllarına başlayıb problem yaratmağa çalışacaq.
O ki, qaldı indi İrəvanda davam edən "keşiş əməliyyatına" və Kremlin "erməni kilsəsi" sevgisinin qabarmasına, Moskvaya bağlı adamların, Köçəryan-Sarkisyan komandasının "siyasi impotent" olduğu bilir deyə indi camaat arasında az-çox hörməti olan kilsəyə "stavka" edir - kilsə xadimlərinin çoxu da elə "KQB"-dən çıxıb...
Natig Cəfərli
TEREF