Ağ Ev: ABŞ Ukraynaya hərbi personal göndərməyəcək

8-06-2024, 09:58           
Ağ Ev: ABŞ Ukraynaya hərbi personal göndərməyəcək
ABŞ-nin Ukraynaya hərbi personalını göndərməkdən imtinası Fransanın qərarlarından asılı olmayaraq gələcəkdə də davam edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlərə bildirib.

"ABŞ prezidenti və Ali Baş Komandan öz nöqteyi-nəzərini ifadə edib, bu, hamıya məlumdur. Ukraynada hərbi əməliyyatlarda iştirak etmək üçün hərbçilərimiz göndərilməyəcək. Bu belə idi, belə də olacaq", - Kirbi deyib.

Ağ Evin sözçüsü bildirib ki, Birləşmiş Ştatlar NATO-nun şərq cinahını gücləndirməkdə davam etmək, habelə Ukraynanın Rusiyaya qarşı hərbi əməliyyatlar aparması üçün lazım olan hər şeyi təmin etmək niyyətindədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru