Rəsmi İrəvan: ATƏT-in Minsk qrupu buraxıla bilər

8-06-2024, 11:54           
Rəsmi İrəvan: ATƏT-in Minsk qrupu buraxıla bilər
Beynəlxalq danışıqlar formatı olan ATƏT-in Minsk qrupu Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalandıqdan sonra buraxıla bilər.

Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

“Sülh sazişi imzalanandan sonra Minsk Qrupunun mənası itəcək. Sülh sazişindən sonra bu məsələ də həll olunacaq”, - o qeyd edib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə bildirib ki, rəsmi Bakı İrəvana təklif edib ki, ATƏT-in Minsk qrupunun ləğv edilməsi ilə bağlı Azərbaycan və Ermənistan ATƏT-ə birgə müraciət etsin:

“Minsk qrupuna heç bir ehtiyac yoxdur, o, indi fəaliyyət göstərmir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru