Florian Filippo: Fransanın diplomatik təsirə malik deyil
8-06-2024, 11:58
Fransa müstəqil diplomatik təsirə malik deyil, çünki o, Avro-Atlantik məkanın koloniyalarından biridir və ABŞ-nin ştatları ilə eyni mövqeyə malikdir.
Bunu “Entrevue” jurnalına müsahibəsində Fransa Vətənpərvərlər Partiyasının lideri, Avropa Parlamentinə seçkilərə namizəd Florian Filippo deyib.
“Fransa beynəlxalq nüfuzunu tamamilə itirir, çünki müstəmləkə heç vaxt müstəqil diplomatiya yürüdə bilməz. Fransa Avro-Atlantik imperiyasının müstəmləkəsidir. Florida ştatının diplomatiyası yoxdur və bu gün biz onun ekvivalentiyik”, - o vurğulayıb.