"O gəlsə, Avropada xaos başlayacaq" - Berqmandan KRİTİK AÇIQLAMA

9-06-2024, 11:59           
"O gəlsə, Avropada xaos başlayacaq" - Berqmandan KRİTİK AÇIQLAMA
"ABŞ onilliklərdir ki, Avropanı Rusiyaya qarşı silahlara sərmayə qoymağa məcbur edir".

Bu barədə CBS telekanalına amerikalı analitik Maks Berqman bildirib.

Onun sözlərinə görə, Ukraynadakı münaqişə bu planı həyata keçirməyə imkan verib.

“Biz Avropa ölkələrində müdafiə xərclərinin necə artdığını görürük”, - ekspert qeyd edib.

Onun sözlərinə görə, Avropanın müdafiəsi tamamilə ABŞ-dan asılıdır

Təhlilçi ABŞ-ın keçmiş prezidenti Donald Trampın Ağ Evə mümkün qayıdışının Aİ ölkələrini çətin vəziyyətə salacağına diqqət çəkib.

“Birləşmiş Ştatların oyunu tərk edib geri çəkiləcəyi təqdirdə Avropada xaos başlayacaq”, - deyə Berqman yekunlaşdırıb.

Hüseyn İbadlı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru