Zelenskini idarə edən odur – Sensasion iddia

9-06-2024, 13:06           
Zelenskini idarə edən odur –
Prezident Vladimir Zelenskinin öz ofisinin rəhbəri Andrey Yermakdan asılılığının artması ilə bağlı təşviş var.

Bu barədə "Tayms "a yüksək rütbəli hökumət, hərbi, hüquq-mühafizə və diplomatik mənbələrdən məlumat verilib.

Bəziləri Yermakı “de-fakto dövlət başçısı” və ya “Ukraynanın vitse-prezidenti” adlandırırlar.

Hərbi rəsmilər Yermakı Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnının prezidentlə görüşünə mane olmaqda və onun işdən çıxarılmasını təşkil etməkdə ittiham edirlər.

Zalujnı fevral ayında döyüşlərdə Zelenski ilə fikir ayrılığı, eləcə də onun əhali arasında artan populyarlığı fonunda işdən çıxarılıb. Mart ayında o, Ukraynanın Böyük Britaniyadakı səfiri təyin edilib.
axar.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru