Orban siyasi karyerasında Semyon Mogileviçin sayəsində irəli gedib?

14-06-2024, 08:58           
Orban siyasi karyerasında Semyon Mogileviçin sayəsində irəli gedib?
Avropa Birliyi Məhkəməsi Macarıstanı birliyin qaçqınlar siyasətini sabotaj etdiyinə görə 200 milyon Avro məbləğində cərimə edib.
Məhkəmə qərarına əsasən bu siyasət davam etdikcə Budapeşt hər gün daha 1 milyon əlavə cərimə ödəməli olacaq. Ədalətli qərardır. Ilan ulduz görməsə ölməz.
Macarıstanın baş naziri, İlham Əliyevin Avropadakı ən yaxın dostu və Putinin Avropadakı altıncı təkəri Viktor Orban Qoca Dünyada ən iyrənc irqçi və islamofobdur.
Bundan başqa da Orban xüsusi həyasızlığı ilə seçilir: ölkəsi Avropa Komissiyasından ildə 4 milyard avro subsidiya alır, amma buna baxmayaraq daim Rusiyanın tərəfini tutur.
Orbanın belə davranışı isə heç də onun Rusiyaya sentimental hisslərindən qaynaqlanmır. Bunun əsl səbəbini hələ bir neçə il əvvəl aparılan araşdırmalar üzə çıxarıb.
Orban siyasi karyerasında Ukrayna (yəhudi) əsilli və Rusiya xüsusi xidmət orqanlarının nəzarətində olan kriminal avtoritet Semyon Mogileviçin sayəsində irəli gedib.

Dünyanın bir neçə ölkəsi tərəfindən ən təhlükəli mütəşəkkil cinayətkar dəstə başçısı kimi tanınan və axtarışda olan Semyon Mogileviçin bu gün də Macarıstanda gizləndiyi ehtimal edilir. Bu qədər sadə.
Ərəstun Oruclu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru