AT: Putin Rusiya hərbi gəmilərini Kubaya göndərməklə ABŞ-a siqnal göndərib

14-06-2024, 11:04           
AT: Putin Rusiya hərbi gəmilərini Kubaya göndərməklə ABŞ-a siqnal göndərib
İyunun 12-də Rusiya hərbi gəmilərinin dəstəsi yüksək dəqiqlikli silahlardan istifadə üzrə təlimləri başa vuraraq Kubaya gedib.
"American Thinker" (AT) nəşri hesab edir ki, Rusiya Prezidenti Vladimir Putin Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmilərini Kubaya göndərməklə ABŞ-a "siqnal göndərib".
Bu barədə Rusiya mediası nəşrə istinadən xəbər verib.
Nəşrdə deyilir ki, Rusiya hərbi gəmilərinin Atlantik okeanında görünməsi Rusiyanın Vaşinqtonun Kiyevə Rusiyaya zərbələr endirmək üçün Qərb silahlarından istifadə etməsinə icazə vermək qərarına cavabıdır.
"Görünür, Prezident Vladimir Putin bizə siqnal göndərir", - nəşrin icmalçısı vurğulayır.
Bu yaxınlarda istefada olan amerikalı podpolkovniki Daniel Devis bildirib ki, Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmilərini Havana limanına göndərdikdən sonra ABŞ Ukraynadakı münaqişənin azalmasına kömək etməlidir.
İyunun 12-də Rusiya hərbi gəmilərinin dəstəsi yüksək dəqiqlikli silahlardan istifadə üzrə təlimləri başa vuraraq Kubaya gedib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru