Artıq bir neçə aydır ki, Rusiyanın rəhbərliyi ilə Meksika körfəzi və Karib hövzəsində birgə hərbi dəniz təlimləri keçirilir.
14-06-2024, 11:17

Rusiya, İran, Braziliya, Kolumbiya, Venesuela, Nikaraqua hərbi dəniz qüvvələrinin iştirak etdiyi böyük regional təlimlər ilə növbəti üç ayda da davam edəcək və ilin sonuna yekunlaşacaq.
Payızda hərbi dəniz təlimlərinə Panama, El Salvador, Honduras, Dominika, Qrenada, Meksika, Dominikan Respublikası və Kuba da qatılacaq.
Qeyd edim ki, bu təlimlər miqyasına görə Qərb Yarımkürəsində Birgə Çoxmillətli hərbi Dəniz təlimlərinin ən iri miqyaslısıdır.
Bu həm də Qərb yarımkürəsində indiyə qədər baş verən dəniz və amfibiya qüvvələrinin ən böyük mütəşəkkil nümayişi kimi İkinci Dünya Müharibəsindən sonra bu cooğrafiyada ən böyük əzələ nümayişi olacaqdır.
Rusiya təlimin ilk günündən Rusiya Şimal Donanmasının flaqmanı, hipersəs raket freqatı “Admiral Qorşkov” və nüvə başlıqları daşıyan hipersəsli “Zirkon” raketləri və “Kalibr” qanadlı raketləri ilə təchiz edilmiş “Yasen-M” sinifli nüvə sualtı qayığı Kazan ilə start verib.
Rusiyanın bu hövzədə nüvə silahı ilə təciz olunmuş strateji nüvə qüvvələrini yüksək hazırlıq vəziyyətində gəyirməklə birgə təlimlərə qatılması birgə təlimlərin təhlükəsizliyinin zəmanəti kimi dəyərləndirmək lazımdır.
Bu həftə Havanaya yan alan bu iki gəmini donanmanın neft doldurma tankeri Paşin, kəşfiyyat naviqasiyalı - xilasedici yedək gəmisi Nikolay Çikar və 4 ayrı döyüş gəmisi müşaət edib.
Rusiya Hərbi Dəniz Qüvvələrinin təlimlərə qatılacaq növbəti gəmi qrupu, artıq Atlantik okeanını keçməkdə olan “Zirkon” raket buraxılışı ilə keçən ay 4 illik əsaslı təmirini tamamlayan təyyarədaşıyıcı Admiral Kuznetsov gəmisi olacaq.
Növbəti bir neçə həftə ərzində təlimlərə Even Gren tipli desant gəmiləri “Petr Morqunov” , Dugon tipli 4 desant gəmisi “Vladislav Dorokhin” D-308, D-2110 və D-297 gəmiləri qatılacaq.
Ənənəvi olaraq təlimlərə mahiyyəti müəyən edən şərti adlar verilsə də Meksika körfəzi və Karib hövzəsindəki bu birgə hərbi dəniz təlimləri bu günə qədər adsız keçirilir.
Təlimlərin rəsmi adı ictimaiyyətə açıqlanmadığı üçün ona “Rusiya-Latın Amerikası Sərgizəştləri - 2024” təlimi adlandıra bilərik.
Yeganə Hacıyeva
TEREF