“Adi kağız parçasıdır” – Zaxarova Baydenlə Zelenskinin imzaladıqları sazişdən DANIŞDI

15-06-2024, 09:14           
“Adi kağız parçasıdır” – Zaxarova Baydenlə Zelenskinin imzaladıqları sazişdən DANIŞDI
“Ukrayna ilə ABŞ arasında təhlükəsizlik zəmanətləri haqqında sazişlər heç bir hüquqi qüvvəyə malik olmayan kağız parçalarıdır”.

TEREF xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Zaxarova əlavə edib ki, bu müqavilələr hüquqi qüvvəyə malik olmadığı üçün mənasızdır. Onun sözlərinə görə, Kiyevə təhlükəsizlik və dəstək haqqında sazişin məqsədi Ukraynada səfərbərlik haqqında qanunun təsirini yumşaltmaqdır.

Xatırladaq ki, iyunun 13-də ABŞ prezidenti Co Bayden və Ukrayna prezidenti Volodimir Zelenski İtaliyada keçirilən G7 sammiti çərçivəsində 10 il müddətinə qüvvədə olan təhlükəsizlik sazişi imzalayıblar. Qeyd olunur ki, saziş Ukraynanın Rusiya Silahlı Qüvvələrinə qarşı müdafiəsini gücləndirmək məqsədi daşıyır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru