Stoltenberq Ukrayna-NATO Şurasının iclasını çağırır

28-08-2024, 08:07           
Stoltenberq Ukrayna-NATO Şurasının iclasını çağırır
NATO-nun baş katibi Yens Stoltenberq Kiyevin xahişi ilə Ukrayna-NATO Şurasının iclasını çağırır.
“Reuters“ xəbər verir ki, bu barədə Alyansın sözçüsü Farah Dahlallah bildirib.

Onun sözlərinə görə, iclas avqustun 28-də baş tutacaq.

“Görüş səfirlər səviyyəsində baş tutacaq. Ukraynanın müdafiə naziri Rustem Umerovun videobağlantı vasitəsilə Alyans üzvlərini döyüş meydanındakı vəziyyət, qüvvə və imkanlara dair prioritet ehtiyaclar barədə məlumatlandırması gözlənilir”, - Dahlallah vurğulayıb.

Qeyd olunur ki, Ukrayna-NATO Şurası ötən il Alyans ilə Kiyev arasında daha sıx koordinasiyanı təmin etmək üçün yaradılıb. Şuranın iclasında adətən NATO-ya üzv ölkələrin səfirləri və Ukrayna rəsmiləri iştirak edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru