Azərbaycanda hostellərə kamera quraşdırılacaq - QƏRAR
Dünən, 08:44
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası “Yataqxana və hostellər. Layihələndirmə normaları”nı təsdiq edib. Bununla bağlı Kollegiyanın sədri Anar Quliyev yeni qərar imzalayıb.
Qərara əsasən, yataqxana və hostellərin tutumu şəhərsalma və tikintiyə dair normativ sənədlərə, həmçinin layihə tapşırığına əsasən müəyyən ediləcək.
Belə ki, tutumuna görə hostellər 2 yerə bölünür:
- kiçik – 25 nəfərə qədər;
- böyük – 25 nəfərdən çox.
Bundan başqa, yataqxanaların və 50-dən çox yer sayı olan hostellərin giriş-çıxış yerlərində, mərtəbələrin dəhlizlərində, ictimai-iaşə zonalarında 24 saat işlək vəziyyətdə olan müşahidə kameraları quraşdırılmalıdır.