HR direktoru: 4 günlük iş həftəsi işdən yayınmaya səbəb ola bilər

Dünən, 08:24           
HR direktoru: 4 günlük iş həftəsi işdən yayınmaya səbəb ola bilər
Dörd günlük iş həftəsi işdən yayınmaya səbəb ola bilər.

Valyuta.az xəbər verir ki, bu barədə "Level Group"un HR direktoru Valentina Romanova danışıb.

Mütəxəssisin sözlərinə görə, dörd günlük iş həftəsi zamanı işçi tam istirahət günü keçirə bilməyəcək. Səbəb isə digər şöbələrin beşgünlük iş həftəsi ilə işləməsi və müəyyən tapşırıqların yerinə yetirilməsi üçün onun iştirakının tələb oluna bilməsidir.

Bundan əlavə, dördgünlük iş qrafiki digər şirkətlərin və ya podratçıların qrafiki ilə üst-üstə düşməyə bilər.

"Digər şirkətlərlə və podratçılarla qrafiklərin üst-üstə düşməməsi səbəbindən insanlar daha tez-tez işdən yanmağa başlayır. Əlavə bir "istirahət günü" yaranır ki, bu da formal olaraq istirahət günü olmalıdır, lakin əslində oğurlanmış kimi hiss edilir: insan nə həqiqi mənada dinlənə bilir, nə də iş gündəliyindən uzaqlaşa bilir", deyə Romanova vurğulayıb.

Ekspert əlavə edib ki, bu format növbəli iş qrafiki ilə təşkil edildikdə uğurla işləyə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru