İran həbsxanasında BİABIRÇILIQ: Ziyarətə gələn qadınları zorla soyundurub...

Bu gün, 07:04           
İran həbsxanasında BİABIRÇILIQ: Ziyarətə gələn qadınları zorla soyundurub...
Böyük Tehran həbsxanasında saxlanılan siyasi məhbusların ailə üzvlərinə qarşı qeyri-insani rəftar və zorakılıqla bağlı ciddi xəbərlər yayılıb.

Zorakılıq halı ilə bağlı məlumatı "Iran Wire" dərc edib.

Məlumata görə, son həftələrdə ziyarətlər zamanı bəzi ailə üzvləri, xüsusilə qadınlar həbsxana girişində təhlükəsizlik məmurları tərəfindən tam soyunmağa məcbur edilib. Bu yoxlamalar skan cihazları olmadan, yalnız əl ilə aparılıb. Ailələr bu rəftarı "alçaldıcı addım" adlandıraraq, etiraz ediblər.

Bundan əlavə, siyasi məhbusların Evin həbsxanasından Böyük Tehran zindanına köçürülməsindən sonra görüş qaydalarında daha sərt məhdudiyyətlər tətbiq edildiyi, bəzi ailələrin yalnız üç həftə sonra yaxınları ilə görüşə bildiyi qeyd edilir.

Bu arada siyasi fəal Fatimə Sepehrinin ailəsi onun qızının ziyarət zamanı həbsxana məmurlarından biri tərəfindən cinsi zorakılığa məruz qaldığını açıqlayıb. \\BakuPost












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru