Xaricdə təhsil ləğv olunur? - Ekspert AÇIQLADI

Dünən, 08:18           
Xaricdə təhsil ləğv olunur? -
Son illər gənclər arasında Avropaya təhsil vizası almaq prosesi çətinləşib. Bunu həm tələbələr, həm də təhsil sahəsində çalışan mütəxəssislər təsdiqləyir.

Viza müraciətində vacib mərhələlərdən biri sənədlərin toplanmasıdır. Buna da tələbələr həm hüquqi, həm də maddi cəhətdən hazır olmalıdırlar. Bu proses hər ölkədə fərqlidir.

Məsələ ilə bağlı təhsil eksperti Aişə Aslanova bildirib ki, ilk olaraq tələbənin hansı təhsil dərəcəsinə müraciət etməsi önəmlidir:

"Hazırda bəzi ölkələrdə viza poorsesi çətinləşib. Keçən ildən etibarən Polşaya təhsil çətinləşib, hazırda Amerikaya da bu fikiri aid etmək olar. Təhsil vizası üçün müraciətlər ən azı 1 ay öncədən edilməlidir. Bəzi ölkələrə görə isə bu zaman uzana bilər. Müsahibə mərhələsindən keçdikdən sonra isə tələbəyə 2 həftə ərzində cavab gəlir. Almaniyada dövlət müəssələrində təhsil tamamilə ödənişsizdir, lakin tələb edir ki, tələbə hesabda pul göstərsin. Fransada təhsil 4-5 avro, Litva 3 min avro, Almaniya 10 min avro, Amerika və Kanadada da 10 min avro tələb olunur".

Qeyd edək ki, təhsil arzusu ilə yola çıxan gənclərin ən böyük problemi viza prosesidir. Prosesin mürəkkəbliyi gənclərin yolunu kəsməsin deyə bir sıra sadələşdirilmələrə ehtiyac var./Milli.az/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru