Dəhlizə nəzarət Azərbaycanla Ermənistanın maraqlarına ziddir

29-08-2024, 09:14           
Dəhlizə nəzarət Azərbaycanla Ermənistanın maraqlarına ziddir
Rusiya Prezidenti Vladimir Putin Bakıya səfərinin ardınca, əvvəlcə Ermənistanın baş naziri Nikol Paşinyanla, bir neçə gün sonra isə Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışıb. Putin anlayır ki, Ukrayna ilə müharibə fonunda və Rusiya üçün indiki ağır vəziyyətdə Cənubi Qafqazdakı maraqlarını qorumaq çətindir, Kreml Bakı ilə İrəvan arasında vasitəçi ola bilmir, sülh sazişinin mətninin hazırlanmasında və sərhəd danışıqlarında iştirak imkanlarını itirib. Kremlin yeganə yapışmaq istədiyi mövzu Zəngəzur dəhlizidir. Rusiya həm bu dəhlizdən istifadə, həm də dəhlizə nəzarət etmək istəyir və bu zaman 2020-ci il 10 noyabr üçtərəfli bəyanatına istinad edir. Bakı və İrəvan Rusiyanın dəhlizdən istifadəsinə müsbət yanaşır, ancaq dəhlizə nəzarət Azərbaycanla Ermənistanın maraqlarına ziddir və Putinin telefon zəngləri durumu dəyişə bilmir.
Elxan Şahinoğlu
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru