BMT Təhlükəsizlik Şurası Livandakı sülhməramlıların mandatını bir il uzadıb

29-08-2024, 10:08           
BMT Təhlükəsizlik Şurası Livandakı sülhməramlıların mandatını bir il uzadıb
BMT Təhlükəsizlik Şurası (TŞ) BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) mandatının bir il müddətinə uzadılmasını nəzərdə tutan qətnamənin lehinə səs verib.

İqtisadiyyat.az xəbər verir ki, Fransanın hazırladığı qətnamə layihəsi yekdilliklə qəbul edilib.

Sənəd yeddi bənddən ibarətdir, bunlardan biri UNIFIL-in cari mandatının 31 avqust 2025-ci ilə qədər uzadılmasını nəzərdə tutur.

Bundan əlavə, qətnamədə tərəfləri təcavüzkarlıq nümayiş etdirməməyə, İsraili işğal olunmuş Livan torpaqlarından öz kontingentini çıxarmağa, Livanın quruda, dənizdə və ərazilərdə suverenliyini pozmamağa çağıran BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin tam icrası tələb olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru