Rusiya 92 ABŞ vətəndaşına ölkəyə giriş qadağası qoyub

29-08-2024, 12:04           
Rusiya 92 ABŞ vətəndaşına ölkəyə giriş qadağası qoyub
Rusiya Xarici İşlər Nazirliyi 92 ABŞ vətəndaşının daimi olaraq ölkəyə girişinə qadağa qoyub.

Gununsesi.info xəbər verir ki, bu barədə qurumun teleqram kanalında məlumat verilib.

“Müxtəlif səviyyələrdə hüquq-mühafizə orqanlarının və kəşfiyyat xidmətlərinin rəhbərləri və məmurları, hərbi sənaye kompleksinin əsas şirkətlərinin rəhbərləri və Ukrayna Silahlı Qüvvələrini silahla təchiz edən və Kiyev rejiminə sponsorluq edən maliyyə institutları ilə yanaşı, “stop-siyahı”ya həmçinin aparıcı liberal-qlobalist nəşrlərin redaksiya əməkdaşları və müxbirləri də daxil edilib”, – Rusiya XİN-dən bildirilib.

Məlumata görə, siyahıya “The Wall Street Journal”ın baş redaktoru Emma Taker və nəşrin jurnalistləri, nəşrin Moskva bürosunun keçmiş rəhbəri Neytn Hoc, həmçinin “The Washington Post” və “The New York Times” qəzetlərinin müxbiri də daxil edilib.

Rusiya XİN bunun Amerikanın hakim elitasının çılğın sanksiya hücumuna cavab olduğunu bildirib və gələcəkdə “stop-siyahı”nın genişləndiriləcəyinə söz verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru