Ülvi Quliyevin seçicilərlə möhtəşəm görüşü- Milli Qəhraman Ehtiram Əliyev və Dünya çempionu Rafael Ağayevin seçicilərə çağırışı.. FOTO
29-08-2024, 08:23
1 sentyabrda Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə 15 saylı Yasamal birinci Seçki Dairəsindən deputatlığa namizəd Ülvi Quliyev avqustun 9-da başlayan təbliğat və təşviqat kampaniyası çərçivəsində bu günə qədər çoxsaylı görüşlər keçirib.
Deputatlığa namizəd Ülvi Quliyev seçki dairəsi ərazisində növbəti dəfə seçicilərlə görüşüb. Görüşdə Milli Qəhraman Ehtiram Əliyev və Dünya Çempionu Rafael Ağayev çıxış edərək Yasamal sakinlərinə 1 sentyabrda Ülvi Quliyevə səs verməyə davət ediblər. Görüşdə Ülvi Quliyev seçicilərin şikayət və təkliflərini dinləyib.