"Türkiyə qoşunlarının Suriyadan çıxarılmasını müzakirə etməyə hazırdır" - Lavrov

1-09-2024, 11:43           
"Türkiyə qoşunlarının Suriyadan çıxarılmasını müzakirə etməyə hazırdır" - Lavrov
“Türkiyə tərəfi qoşunlarının Suriyadan çıxarılmasını müzakirə etməyə hazırdır, lakin hələlik bu prosesin konkret parametrləri ilə bağlı razılığa gəlmək mümkün olmayıb.

“Report” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Türklər buna hazırdır, lakin hələlik konkret parametrlər razılaşdırılmayıb. Söhbət qaçqınların geri qaytarılmasından, Türkiyə hərbçilərinin mövcudluğunu lüzumsuz edəcək terror təhlükəsinin qarşısının alınması üçün zəruri tədbirlərdən gedir”, - deyə o qeyd edib.

O, izah edib ki, Suriya hökumətinin fikrincə, İstanbulla münasibətləri normallaşdırmaq üçün Türkiyə kontingentinin Suriyadan yekun olaraq çıxarılması prosedurunu dəqiq müəyyənləşdirmək lazımdır.

Nazir əlavə edib ki, Rusiya, Türkiyə, Suriya və İran yaxın gələcəkdə Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşdırılmasını müzakirə etmək üçün növbəti görüş keçirəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru