Kreml Azərbaycanı “düşmən” elan etməyə hazırlaşır? – SƏBƏB

Bu gün, 10:08           
Kreml Azərbaycanı “düşmən” elan etməyə hazırlaşır? – SƏBƏB
Rusiyanın şovinist siyasətçiləri, Kremlin nəzarətindəki jurnalistlər və “Z-blogerlər” Azərbaycana qarşı yeni mövzu tapıblar. Bunların “məntiqinə” görə Azərbaycan Ukraynaya qaz nəql etməklə guya Rusiya əleyhinə siyasətini gücləndirmiş olub. Bunu elə yazırlar ki, sanki Azərbaycanla münasibətlərin pozulmasında raketlə vurulan təyyarə olayı olmayıb, o cümlədən soydaşlarımız Rusiya şəhərlərində zorakılığa məruz qalmayıblar.
Bu barədə politoloq Elxan Şahinoğlu deyib.
Politoloq qeyd edir ki, Kreml müharibə başlayandan Ukrayna ərazilərini işğal etməklə yanaşı ukraynalıların qış aylarında donmasını, qazsız və elektriksiz qalmasını istəyir:
"Kreml 2008-ci ildə Gürcüstana qarşı müharibəyə başlayanda bu ölkəyə qarşı da eynisini arzulayırdı. Azərbaycan Gürcüstanın donmasına imkan vermədi, qonşumuzu neft və qazla təmin etdik. Tərəfdaşı ağır durumdan qurtarmaq lazım idi. Əlbəttə, Ukraynaya qazın nəqli məsələsində gəlir də düşünülüb, ancaq Gürcüstanın timsalında olduğu kimi Ukraynanın ayaqda qalması bizim üçün vacibdir.
Prezident İlham Əliyev ukraynalılara “işğalla barışmayın” mesajını göndərdikdən sonra Kiyevin “bizə qaz lazımdır” xahişini müsbət cavablandırıb. Çinin xarici işlər naziri Van Yi Brüsselə səfəri zamanı Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə nümayəndəsi Kaya Kallasa “biz Ukrayna ilə müharibədə Rusiyanın məğlubiyyətini istəmirik, çünki əksi olarsa ABŞ diqqətini Çinə yönəldəcək” demişdi. Azərbaycan isə əksinə, Ukraynanın müharibədə məğlub olmasını istəmir, çünki əksi olarsa, Kreml “diqqətini” başqa ölkələrə, o cümlədən Azərbaycana yönəldəcək".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru