Əmir Teymur və qoca
Bu gün, 09:44

Əmir Teymur qoşunu ilə şəhərlərin birinə gəlib çatmasına az qalır, O, qarşıdakı kəndə çapar göndərir ki, qadınlar qiymətli şeylərini götürüb kənddən çıxsınlar. Bizim işimiz kişilərlədir. Onlarla vuruşmağa gəlmişik.
Qoşun çöldə gecələyir. Sübh tezdən əsgərlər kəndə girirlər. Əmir Teymur kəndi bomboş görüb mat qalır. Əsgərlər bir qoca tapıb onu Əmir Teymurun hüzuruna gətirirlər. Əmir Teymur qocadan soruşur:
- Hanı bu kəndin kişiləri?
Qoca deyir:
- Hörmətli hökmdar, siz xəbər göndərdiniz ki, qadınlar ən qiymətli nəyi varsa götürüb kənddən aralansınlar. Onlar da sizin əmrinizə əməl etdilər.
Əmir Teymur qocanın sözünün canını başa düşməyib qeyzlə deyir:
_ Bəs kişilər hanı?
Qoca aramla deyir: - Ey hökmdar, dünyada qıza qardaşdan, anaya övladdan, qarıya ömür-gün yoldaşından qiymətli nə ola bilər ki?
Qocanın bu cavabından Əmir Teymur dərin fikrə gedir və qoşunun kənddən çıxmasına əmr verir..
Edik Hemidov
TEREF